Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliytat hadisəsi baş verib.
APA xəbər verir ki, minik avtomobili 286 saylı orta məktəbin yaxınlığında yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Abdullayev Saleh İkram oğlunu vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.