Bakıdan Dubaya uçan təyyarə Şiraz hava limanına təcili eniş edib
  • DÜNYA

  • 21:49 10 Oktyabr 2019

Bakıdan Dubaya uçan təyyarə Şiraz hava limanına təcili eniş edib

 

Bakı-Dubay reysində uçan təyyarə Şirazda təcili eniş edib. 

APA-nın Tehran bürosunun məlumatına görə,  bunu Şirazın Şəhid Dəstğeyb adına beynəlxalq hava limanının rəhbəri Ehsan Ostovar deyib.

Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 13:36-da “Fly Dubai” hava yollarına məxsus “737 B” saylı reysində uçan təyyarənin pilotu ekipaj kabinetində tüstü müşahidə etdiyi üçün Şiraz hava limanında təcili eniş edib. 

O bildirib ki, Bakıdan Dubaya uçan təyyarədə 124 sərnişin və 6 ekipaj üzvi olub ki, onların hamısı təxliyyə olunub. 

E.Ostovar deyib ki, xarici şirkət sərnişinlərin Şirazdan Dubaya çatdırılması üçün təyyarə göndərib. 

Süleyman Fərzəliyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR