Banqladeşdə sərnişin avtobusunun mikroavtobusla toqquşması nəticəsində azı 9 nəfər ölüb.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə "United News of Bangladesh” agentliyi yerli polisə istinadla məlumat yayıb.
Bildirilir ki, avtoqəza Loxaqara rayonunda baş verib. Ölənlərin arasında qadınlar və azyaşlılar da var.