• DÜNYA

    15:19 28 mart 2019

Banqladeşdə hündürmərtəbəli bina yanır, 5 nəfər ölüb

Banqladeşin paytaxtı Dəkkə şəhərində 19 mərtəbəli binada yanğın baş verib.
ONA “DhakaTimes24”-a istinadən xəbər verir ki, yanğın nəticəsində 5 nəfər həyatını itirib, 35 nəfər xilas edilib. Onlarla insanın hələ də binanın içində qaldığı bildirilir. Ölənlərin sayının artacağı güman edilir.
Yanğın ərazisində 19 yanğınsöndürmə briqadası çalışır.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR