Türkiyə ordusu Suriyada sərhəd boyu aparılan “Barış bulağı” əməliyyatı çərçivəsində 702 terrorçunu zərərsizləşdirib.
APA xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat yer alıb.
“Ümumilikdə 702 PKK və YPG terrorçusu Fəratın şərqinə doğru aparılan “Barış bulağı” əməliyyatı çərçivəsində məhv edilib”, - deyə məlumatda qeyd olunur.