• DÜNYA

    08:21 15 dekabr 2020

Başqırdıstanda baş vermiş yanğın zamanı 11 nəfər ölüb

Başqırdıstanın İşbuldino kəndindəki qocalar evində baş vermiş güclü yanğın zamanı 11 nəfər ölüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federsiyasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, yanğınsöndürənlər yanğın söndürüldükdən sonra hadisə yerində 11 nəfərin cəsədini aşkar ediblər.

“Moskva vaxtı ilə 00:53-də Başqırdıstanın Abzelilovski rayonunun İşbuldino kəndindəki Kizilskaya küçəsində yanğın olması barədə məlumat daxil olub. Yanğın yerində əməliyyat zamanı 11 nəfərin cəsədi tapılıb”, - məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, yanğın 162 kv/m ərazisi olan özəl bir pansionatda qeydə alınıb. Dörd nəfər sərbəst olaraq binanı tərk edib. Moskva vaxtı ilə saat 04:00-da yanğın söndürülüb.

Hazırda yanğının səbəbləri araşdırılır. Başqırdıstan prokurorluğunda hadisə ilə bağlı cinayət işi başlanılıb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR