Gələn il Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraktar Kızılelma”-nın kütləvi istehsalına başlanılması planlaşdırılır
ONA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, “Baykar” şirkətinin ərsəyə gətirdiyi “Bayraktar Kızılelma”-nın dördüncü sınaq uçuşu ilə sistem tanıma testi uğurla başa çatıb.
İndiyə qədər iki prototipi hazırlanan “Bayraktar Kızılelma”-nın təkmilləşdirilməsi istiqamətində fəaliyyət davam etdirilir. Qeyd edilib ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin 2024-cü ildə kütləvi istehsalına başlanılması planlaşdırılır.
“Bayraktar Kızılelma”-nın dünyanın ilk silahlı pilotsuz hava aparatları gəmisi olan “TCG Anadolu”-dan 2025-ci ildə uçuş testlərinə başlayacağı gözlənilir.
Qeyd edək ki, “Bayraktar Kızılelma”-nın ilk uçuşu 14 dekabr 2022-ci ildə olub.