• DÜNYA

    18:04 8 mart 2019

Bəhram Qasimi İranın Fransada səfiri təyin edilib

İran Xarici İşlər Nazirliyi (XİN) bu qurumun mətbuat katibi Bəhram Qasiminin ölkəsinin Fransada səfiri təyin edildiyini təsdiqləyib.

ONA-nın Tehran bürosunun məlumatına görə, İran prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin təklifini dəstəkləyib və B. Qasimi səfir təyin olunub.

Qeyd edək ki, B. Qasımi bir neçə gün öncə mətbuata verdiyi açıqlamada 3 ildir icra etdiyi sözcü vəzifəsindən istefa edəcəyini bildirmişdi.

Qeyd edək ki, İranın terror təşkilatı kimi qəbul edilən Xalqın Mücahidləri Təşkilatının iyunun 30-da Parisdə təşkil etdiyi yığıncağa hücum planlaşdırdığına dair iddialar Paris və Tehran arasındakı münasibətlərə mənfi təsir edib. Bu iddia ilə bağlı aralarında bir diplomatın da olduğu 3 iranlı Belçika və Almaniyada saxlanılıb, Fransa isə bir iranlı diplomatı ölkədən çıxarıb. Rəsmi Paris İrana səfir təyinatını da təxirə salmışdı. Tehran isə İrandakı səfirini geri çağırmışdı.

Nurşən

Teqlər:

SON XƏBƏRLƏR