• DÜNYA

    17:47 18 may 2019

Bəhreyn vətəndaşlarına İraq və İrana səfər etməmək barədə xəbərdarlıq edib

Bəhreyn öz vətəndaşlarına İraq və İrana səfər etməmək barədə xəbərdarlıq edib.

ONA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Bəhreyn öz vətəndaşlarına İrana və İraqa getməmək, artıq bu ölkələrdə səfərdə olanlara isə dərhal geri dönmək barədə xəbərdarlıq edib.

Bəhreyn Xarici İşlər Nazirliyi bildirib ki, xəbərdarlığın səbəbi "regiondakı qeyri-sabit vəziyyət, təhlükəli inkişaf və potensial təhdidlər"dir.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR