Belarus Daxili İşlər naziri Yuri Karaev prezident seçkilərindən sonra baş verən etiraz aksiyalarında təsadüf üzündən xəsarət alanlara görə məsuliyyəti öz üzərinə götürdüyünü və buna görə üzr istədiyini bildirib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə nazir “ONT” telekanalına açıqlamasında deyib.
DİN rəhbəri istintaq təcridxanalarından ilk növbədə jurnalistlərin buraxılmasını tələb edib.
O, seçkilərdən sonra 5 gün davam edən ölkədəki mövcud vəziyyəti inqilab hesab etmədiyini diqqətə çatdırıb.