Belarusda növbədənkənar parlament seçkiləri keçiriləcək.
ONA TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Belarus xalqına və ölkə parlamentinə müraciətində bildirib.
Onun sözlərinə görə, seçkilər bu ilin noyabrına nəzərdə tutulub. Belarus prezidenti bildirib ki, prezident seçkiləri qaydaya uyğun olaraq 2020-ci ildə keçiriləcək.
Belarusda seçkilər və referendumlar təqviminə əsasən, prezident seçkiləri 2020-ci il avqustun 30-na kimi, parlament seçkiləri isə 2020-ci il sentyabrın 6-na kimi keçirilməlidir. Hər iki seçkilər təxminən eyni vaxta düşdüyü üçün parlament seçkilərinin önə çəkilməsi barədə qərar verilib.