• DÜNYA

    03:18 7 aprel 2019

Belçika, Hollandiya və Fransada alban mafiyasının 61 üzvü ələ keçib

Belçika, Hollandiya və Fransada narkotik ticarətində və qeyri-leqal miqrasiyanın təşkilində təqsirli bilinən 60-dan çox üzvü olan cinayətkar dəstə saxlanılıb.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın mafiya ilə mübarizə idarəsi məlumat yayıb.

Məlumata görə, albanlardan ibarət təhlükəli cinayətkar qrup bütün Avropada fəaliyyət göstərib. Birgə əməliyyatlarda 4 ölkədən olan 600-dən çox polis əməkdaşı ilə yanaşı Avropol da iştirak edib.

Saxlanılan 61 nəfərin arasında Belçikada yaşayan 8 nəfər İtaliya vətəndaşı var.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR