• DÜNYA

    16:31 26 may 2019

Belçikada parlament seçkiləri keçirilir

Bu gün Belçikada parlament seçkiləri keçirilir.

ONA-nın "Alman dalğası"na istinadən verdiyi məlumata görə, seçkilər nəticəsində yeni hökumət formalaşdırılacaq.

Yeni Nazirlər Kabineti 2018-ci ilin dekabrında miqrasiya məsələsində fikir ayrılığa görə hakim koalisiyanın parçalanmasından sonra formalaşmış azlıq hökumətini əvəzləyəcək. Koalisiyanı tərk etmiş Yeni Flamand Alyansının bu seçkilərdə qalib gəlmək şansı az deyil. Belçika regionlarının səlahiyyətlərinin genişlənməsini dəstəkləyən partiyanın Flandriyada daha çox səs alacağı proqnozlaşdırılır. Baş nazir Şarl Mişelin Liberal İslahatçı Hərəkatının Valloniya və Brüsseldə səslərinin azalacağı gözlənilir.

Bu gün Belçikada paralel olaraq Flandriya, Valloniya və Brüsseldə regional hakimiyyət orqanlarına da seçkilər keçirilir. Seçki məntəqələrinə 9 milyon seçicinin gələcəyi gözlənilir. Qanunvericiliyə görə, səsvermə hüququna malik seçicilərin səs verməsi məcburidir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR