Belorusda koronavirusa yoluxanların sayı 2 min 578 nəfərə çatıb
  • DÜNYA

  • 13:06 12 Aprel 2020

Belorusda koronavirusa yoluxanların sayı 2 min 578 nəfərə çatıb

Belorusda son sutka ərzində yeni tip koronavirusa (Covid-19) yoluxanların sayı 352 nəfər artaraq 2 min 578 nəfərə çatıb.

ONA-nın xəbərinə görə, bu barədə Belorus Səhiyyə Nazirliyi məlumat yayıb.

Ötən sutka ərzində virusa yoluxan 3 xəstə də həyatını itirib. Bununla da ölkədə koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb. İndiyə qədər virusa yoluxan 203 nəfər sağalıb.

 

OXŞAR XƏBƏRLƏR