• DÜNYA

    14:12 18 mart 2019

Belqradda hökumət əleyhinə etirazlar zamanı 18 nəfər saxlanılıb

Ötən gün Serbiyanın paytaxtı Belqradda hökumət əleyhinə etirazlar zamanı 18 nəfər saxlanılıb.

ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə şəhər polisinin direktoru Vladimir Rebiç məlumat verib. O bildirib ki, etirazçılarla polis arasında toqquşmada 6 polis əməkdaşı xəsarət alıb.

Saxlanılanlardan 6-sı 30 sutka həbs cəzası alıb, bir nəfər cərimələnib. Bu gün keçirilməsi planlaşdırılan aksiyalarla əlaqədar Vladimir Rebiç xalqı qanun çərçivəsində toplaşmağa çağırıb.

Qeyd edək ki, son iki gündür Belqradda hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Martın 6-da aksiya iştirakçıları RTC milli teleradio stansiyasının binasına daxil olaraq əməkdaşlardan yayım siyasətini dəyişməyi tələb ediblər.

Ötən gün onlar prezident administrasiyası və polis idarəsinin qarşısında qurulmuş kordonları keçməyə çalışıblar.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR