• DÜNYA

    19:15 13 aprel 2019

Belqradda Serbiya prezidenti əleyhinə aksiya keçirilir

Bu gün Belqradda Serbiya prezidenti Aleksandr Vuçiçin istefası tələbi ilə mitinq keçirilir.

ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, A. Vuçiç parlament binası qarşısında aksiyanın dinc keçməsini gözlədiyini bildirib.

Bir neçə min nəfərin iştirak etdiyi aksiyada müxalif Seriya Naminə İttifaqın liderlərinin iştirak edəcəyi və hökumət binasına qədər yürüşün keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, keçən ilin dekabrından başlayaraq Serbiyada hər həftə aksiya keçirilir. Bunun səbəbi keçən il noyabrın 23-də müxalif partiyalardan birinin lideri olan Borislav Stefanoviçin və iki tərəfdarının Kruşevats şəhərində hücuma məruz qalmasıdır. Hücum zamanı B. Stefanoviçin başına zərbələr endirilib. Serbiya Daxili İşlər Nazirliyi şübhəlilərin saxlanıldığını açıqlasa da, müxalifət hakimiyyəti siyasi zorakılıqda ittiham edir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR