• DÜNYA

    19:33 19 yanvar 2020

Berlində Liviya böhranı üzrə beynəlxalq konfrans başlayıb

Berlində Liviya böhranı ilə bağlı beynəlxalq konfrans başlayıb.

ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, konfransda 10 dövlət və hökumət başçısı iştirak edir.

Konfransda BMT Baş Katibi Antoniu Quterriş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel MakronÖ Böyük Britaniyanın Baş Naziri Bris Conson, ABŞ Dövlət katibi Maykl Pompeo, Əlcəzair, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Çin nümayəndələri iştirak edirlər. Berlinə Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərrac, Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar dəvət edilib.

Əsas razılaşma konfransın yekun sənədində əksini tapacaq. Mətbuata sızan layihəyə əsasən, atəşkəsin təmin edilməsi ilə bağlı nəzarət mexanizmi yaradılacaq, Liviyaya silah satışı qadağan olunacaq, ölkədə siyasi proses başlayacaq, ordunun ölkəyə nəzarəti təmin ediləcək, iqtisadi islahatlar həyata keçiriləcək, humanitar yardım hüququna riayət ediləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR