İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Bəsic” Müqavimət Qüvvələrinin komandiri öldürülüb.
APA-nın Tehran bürosunun məlumatına görə, Xuzistan əyalətinin qubernatoru Səid Haciyan “Bəsic”in komandiri Əbdul Hüseyn Mücədeminin öldürülməsini təsdiqləyib.
O bildirib ki, Ə. Mücədemi evinin qarşısında öldürülüb.
“Bəsic” komandirini qətlə yetirən şəxs və ya şəxslərin axtarışı aparılır.