Beyrutdakı partlayışda yaralananlar arasında Türkiyə vətəndaşları da var
  • DÜNYA

  • 23:37 04 Avqust 2020

Beyrutdakı partlayışda yaralananlar arasında Türkiyə vətəndaşları da var

Beyrutda baş verən partlayışda iki Türkiyə vətəndaşı yaralanıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib ki, yüngül xəsarət alan Türkiyə vətəndaşlarının vəziyyəti hazırda normaldır. 

Qeyd edək ki, bu gün saat 19:00 radələrində Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güçlü partlayış olub.  Partlayış nəticəsində azı 30 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR