Tunis prezidenti Beji Kaid əs-Sebsinin ölümü ilə əlaqədar bəzi ərəb ölkələrində matəm elan olunub.
ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, Misir prezidenti Abdul Fəttah əs-Sisi ölkədə üç gün matəm elan olunduğunu bildirib.
Bundan başqa Əlcəzair, Fələstin, İordaniya, Livan və Liviya liderləri də ölkədə üç günlük matəm elan ediblər. Tunisin özündə isə prezidemtin ölümünü xalq yeddi gün matəm kimi qeyd edəcək.
Konstitusiyaya əsasən, dövlət rəhbəri vəzifələrini müvəqqəti olaraq parlament spikeri Məhəmməd ən-Naser icra edəcək. Mərhum prezidentin dəfni isə şənbə günü baş tutacaq.