Türkiyənin keçmiş baş naziri və keçmiş parlament sədri Binali Yıldırım bildirib ki, əgər ölkədə çevrilişlər olmasaydı, bu gün Türkiyə dünyanın iqtisadi baxımdan yeddinci böyük ölkəsi olacaqdı.
ONA-nın Türkiyə bürosunun xəbərinə görə, hazırda İstanbul bələdiyyəsi uğrunda seçkilərə qatılan Binali Yıldırım deyib ki, çevrilişlərin Türkiyəyə maliyyəti 10 böyük iqtisadiyyatın itkisi qədərdir.
O bildirib ki, ölkənin 1970-1990-cı illərdə, eləcə də AKP hakimiyyəti dövründə milli iradəyə, millətin suverenliyinə yönəlmiş müdaxilə və müdaxilə cəhdləri nəticəsində ölkə iqtisadiyyatı dünya iqtisadi güclüləri arasında birdən 10 sıra geri düşüb.