İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-da bu gün başlayacaq rəsmi səfərinin müddətini qısaldıb.
ONA TASS-a istinadən xəbər verir ki, bunun səbəbi Qəzzadan İsrailin mərkəzinə edilən raket hücumudur.
“Bir neçə dəqiqə öncə mən Baş Qərargahın, İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin və Milli Təhlükəsizlik Xidmətinin rəhbərləri ilə telefon danışığı apardım. İsrail dövlətinə qarşı hücum olub və biz bunu cavabsız qoymayacağıq. Baş verən hadisələrdən sonra ABŞsəfərimin vaxtını azaltmaq qərarına gəldim”, - deyə Netanyahu bildirib.
Baş nazir ABŞ prezidenti Donald Trampla görüşdən sonra dərhal İsrailə qayıdacağını bildirib.
Qeyd edək ki, Binyamin Netanyahunun səfəri çərçivəsində D.Trampla iki görüş – birinci gün danışıqlar, martın 26-sı isə şam yeməyi nəzərdə tutulurdu.