Birinci Xəzər İqtisadi Forumu bu il avqustun 12-də Türkmənistanın "Avaz" turizm zonasında keçiriləcək.
ONA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov bildirib.
Xəzərin hüquqi statusu barədə Konvensiya 12 avqust 2018-ci ildə imzalanıb və sənədin imzalanmasının ildönümündə keçirilən bu Forum strateji əhəmiyyət daşıyır. Uzun illər ərzində aparılan danışıqlardan sonra imzalanmış Konvensiya Xəzərdə yeni layihələrin həyata keçirilməsi üçün imkanlar yaradır.