Birləşmiş Ərəb Əmirlikləri ilk kosmonavtını bu il sentyabrın 25-də kosmosa göndərəcək.
ONA-nın məlumatına görə, kosmosa göndərilmək üçün seçilmiş iki kosmonavt – Hazza Əl Mansuri və ya Sultan Əl Neyadi 18 günlük uçuşu həyata keçirmək üçün Rusiya missiyasının tərkibində Beynəlxalq Kosmik Stansiyadan (BKS) orbitə yollanacaq və oktyabrın 3-də Yer kürəsinə qayıdacaq.
Artıq hər iki kosmonavt Rusiyada Y.Qaqarin adına Kosmonavtların Hazırlığı Mərkəzində hazırlıq keçiblər.