• DÜNYA

    00:39 7 dekabr 2020

BKS-ə üç ton yük daşıyan "SpaceX"-in növbəti gəmisi kosmosa uçub

Pilotsuz idarə olunan “Dragon” kosmik gəmisi “Falcon 9” daşıyıcı raketlə Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşüb. Kanaveral kosmodromundan (Florida ştatı) start edən raket BKS üçün yük çatdıracaq.

APA xəbər verir ki, gəminin hərəkəti NASA tərəfindən canlı yayımlanıb.

“SpaceX” şirkətinə məxsus “Falcon 9”-un buraxılışı ABŞ-ın Şərq sahili vaxtı ilə saat 11:17-də (Bakı vaxtı ilə 20:17) başlanıb.

Daşıyıcı raket avtomatik idarə olunan “Dragon” gəmisini orbitə çıxarır. “Falcon 9”-un ilk pilləsi üçün bu, dördüncü uçuşdur. Bundan əvvəl o, pilot tərəfindən idarə olunan “Crew Dagon” gəmisinin sınaq uçuşu, eləcə də “SpaceX” şirkətinin iki kommersiya xarakterli uçuşu üçün istifadə olunmuşdu.

Orbitə təxminən üç ton yük daşıyan kosmik gəminin BKS-ə birləşməsi 7 dekabr, ABŞ vaxtı ilə 13:30-a planlaşdırılır.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR