“Beynəlxalq ictimaiyyət qaçqınlara və onları qəbul edən ölkələrə yardımı artırmalıdır”.
APA-nın xəbərinə görə, bunu BMT-nin baş katibi Antoniu Quterreş Cenevrədə Qaçqınlar üzrə ilk Qlobal Forumda deyib.
O bildirib ki, beynəlxalq ictimaiyyət böyük qaçqın qruplarına ev sahibliyi edən ölkələrə minnətdar olmalıdır: “Lakin minnətdarlıq yetərli deyil. Hazırkı qeyri-sabitlik dövründə böyük qaçqın qruplarına ev sahibliyi edən ölkələri dəstəkləmək üçün daha çox iş görülməlidir".
BMT baş katibi qeyd edib ki, insanları vətənlərini tərk etməyə məcbur edən əsas səbəblərlə mübarizə aparmaq lazımdır.