BMT Baş katibi Antonio Quterreş Türkiyəyə səfər edəcək.
ONA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
BMT Baş katibinin Ankaraya səfəri aprelin 25-də baş tutacaq. BMT Baş katibi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.
Aprelin 26-da A. Quterriş Moskvaya səfər edəcək, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Aprelin 28-də isə BMT Baş katibi Ukraynada səfərdə olacaq, Prezident Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kulebo ilə bir araya gələcək.