• DÜNYA

    16:20 3 noyabr 2019

BMT Donbasda müharibədə ölən mülki şəxslərin sayını açıqlayıb

Ukraynanın Donetsk və Luqansk vilayətlərində 2014-cü ildən başlayan silahlı münaqişə nəticəsində 3 min 330 mülki şəxs həyatını itirib.

ONA-nın xəbərinə görə, bu barədə BMT-nin “Twitter” səhifəsində məlumat yerləşdirilib.

Donbasda müharibədə 9 min mülki şəxs isə yaralanıb. Bununla bərabər, 1,3 milyon insan məcburi köçkün durumuna düşüb, 3,5 milyon insanın yardıma ehtiyacı var.

ONA

Teqlər:

SON XƏBƏRLƏR