Dünyada koronavirusa yoluxmuş BMT işçilərinin sayı 111 nəfərə çatıb, onlardan 23-ü ABŞ-da çalışır, daha bir işçi isə virusdan ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
“Dünyadakı BMT işçiləri arasında təsdiqlənmiş 111 yoluxma faktımız var. Mən yalnız bir ölüm haqqında məlumatlıyam”, - Düjarrik belə deyib.