• DÜNYA

    17:08 5 aprel 2019

BMT baş katibi Liviyada görüşlər keçirir

Liviyada səfərdə olan BMT baş katibi Antonio Quterreş Tobruk şəhərində parlamentin (Nümayəndələr Palatası) spikeri Aqila Salihlə görüşüb. ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, görüşdə tərəflər Liviyada baş verən son hadisələri, aprelin ortalarında keçirilməsi planlaşdırılan milli Liviya konfransını müzakirə ediblər.

Məlumata görə, A. Salih və A.Quterreş konfransın liviyalıların istəyinə uyğun, xarici müdaxilə olmadan keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

BMT baş katibi daha əvvəl Tripolidə olub.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR