BMT-nin diplomatı Manhettendəki mənzilində ölmüş vəziyyətdə tapılıb.
APA xəbər verir ki, bu barədə “New York Post” qəzeti yazıb.
Məlumata görə, bu, 38 yaşlı qadındır. Onun hansı dövlətin daimi missiyasında çalışdığı açıqlanmır. Vətəndaşlığı barədə də məlumat verilmir. Qəzet diplomatın mənzildə azı iki il yaşadığını qeyd edir.
Polis bunun bir qətl olduğuna düşünmür. Ölümün səbəbini öyrənmək üçün məhkəmə-tibb ekspertizası təyin edilib.
BMT-nin mətbuat xidməti bu barədə hələlik bir açıqlama verməyib.