• DÜNYA

    13:14 12 aprel 2019

BMT Sudandakı vəziyyətlə bağlı monitorinq aparır

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Sudandakı vəziyyətlə bağlı monitorinq aparır.

ONA xəbər verir ki, bu barədə BMT-in ali komissarı Mişel Baçeletin yaydığı bəyanatda deyilir. Qeyd edilir ki, BMT Sudan hökumətini dinc nümayişlərin iştirakçılarına qarşı gücdən istifadə etməməyə çağırır.

O, həmçinin hökuməti nümayişlər zamanı saxlanılan şəxsləri azadlığa buraxmağa çağırıb: “Sudandakı böhranın səbəbləri insan hüquqları sahəsində olan narazılıqla bağlıdır. Böhran insan hüquqları prinsipləri əsasında öz həllini tapmalıdır”.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR