• DÜNYA

    02:17 1 mart 2019

BMT Təhlükəsizlik Şurasında Venesuelaya dair “qətnamələr müharibəsi” gedir

BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Venesuelaya dair qətnaməsinə Rusiya və Çin veto qoyublar.

ONA-nın RİA Novostiya istinadən xəbərinə görə, ABŞ təqdim etdiyi sənəddə Venesuelada beynəlxalq müşahidə altında yeni prezident seçkilərinin keçirilməsini təklif edib.

Rusiyanın BMT-də ki daimi nümayəndəsi Vasiliy Nebenzya hesab edir ki, bu qətnamənin qəbulu tarixdə ilk dəfə legetim prezidentin vəzifədən kənar edilməsinə yol aça bilər.

Rusiya bunun əksinə öz layihəsini təqdim edib. Burada, Venesuelanın dövlət müstəqilliyi və suverenliyi prinsipi üstün tutulub və yaranmış durumdan “Montevideo mexanizmi” vasitəsi ilə çıxmaq təklif olunub.

Az sonra BMT-nin Təhlükəsizlik Şurası Rusiyanın da qətnaməsini rədd edib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR