BMT-nin Təhlükəsizlik Şurasının Liviyaya dair təcili qapalı iclası çağırılıb.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın daimi missiyasından bildirilib.
“Birləşmiş Krallıq cümə gününə BMT TŞ-nin Liviyaya dair qapalı məsləhətləşmələr üçün təcili iclasını çağırıb. BMT-nin Liviya üzrə missiyasının rəhbəri Hassan Salame Şuranın üzvlərinə vəziyyətlə bağlı məruzə edəcək”, - məlumatda belə qeyd olunur.
Qeyd edək ki, Liviya milli ordusunun marşalı Xəlifə Həftar paytaxt Tripolinin “terrorçulardan azad edilməsi” üçün öz əsgərlərinə əmr verib. Liviyanın ordu qüvvələri artıq paytaxtdan cənubda Qaryan və Surman şəhərləri üzərində nəzarəti ələ keçirib.