ABŞ prezidenti Donald Trampın Qolan yüksəklikləri üzərində İsrailin suverenliyinin tanınmasına dair sənəd imzalamasına baxmayaraq, BMT-nin bu məsələdə mövqeyi dəyişməz olaraq qalır.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibinin rəsmi sözçüsü Stefan Düjarrik brifinq zamanı öz açıqlamasında deyib.
“Baş katibin qənaətinə əsasən, Qolan yüksəkliklərinin statusu dəyişilməyib. BMT-nin Qolan mövqeyi müvafiq Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır”, - S.Düjarrik ünvanlanmış sualın cavabında belə deyib.