• DÜNYA

    18:34 27 mart 2019

BMT Təhlükəsizlik Şurasının Qolan yüksəkliklərinə dair iclası bu gecə baş tutacaq

ABŞ-ın Qolan yüksəkliklərini İsrailin ərazisi kimi tanıması qərarına dair BMT Təhlükəsizlik Şurasının iclası Bakı vaxtı ilə gecə saat 00:00-da baş tutacaq.

ONA-nın məlumatına görə, bu barədə Fransanın BMT-ki daimi nümayəndəsi Fransua Delatr jurnalistlərə açıqlamasında bildirib.

“Suriyanın daimi nümayəndəliyi növbədənkənar iclasın keçirilməsi ilə bağlı bizə müraciət edib. Biz iclası bu gün açıq rejimdə keçirmək qərarına gəlmişik”, - deyə F.Delatr deyib.

Qeyd edək ki, martın 25-də ABŞ prezidenti Donald Tramp İsrail baş naziri Binyamin Netanyahu ilə danışıqlar zamanı Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanıyan bəyannamə imzalayıb. Suriya ilə yanaşı, digər ərəb və İslam ölkələri, həmçinin Rusiya və Avropa ölkələri də bu qərara qarşı çıxıb.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR