“Boeing” şirkəti 737 MAX tipli avialaynerlərində yenilənmiş proqram təminatını 7-10 gün ərzində (martın sonuna kimi) quraşdırmağı planlaşdırır.
ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” şirkətdəki adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət dayanmaya qarşı sistemin və pilotlar üçün displeyin yenilənməsindən gedir. Bundan əvvəl də adıçəkilən təyyarə modellərində yenilənmələrin olacağı barədə açıqlama verilsə də, şirkət dəqiq vaxtı gizli saxlamışdı.
Martın 13-də isə ABŞ rəsmiləri tərəfindən “Boeing 737 MAX” tipli təyyarələrin maksimal təhlükəsizliyi üçün nəzərdə tutulan yenilənmələrin bir neçə ay davam edəcəyini bildirilmişdi.