“737 Max” tipli təyyarələrin manevr xüsusiyyətlərinin artırılması sistemində (MCAS) yaranmış nasazlıq aviaqəzalara təsir göstərib.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu “Boeing” şirkətinin icraçı direktoru Dennis Melenberq Efiopiyadakı təyyarə qəzasını şərh edərkən deyib.
Onun sözlərinə görə, həmin sistem təyyarədə “zərbə təhlükəsi haqqında yanlış məlumat” nəticəsində işə düşüb. Melenberq, həmçinin bildirib ki, “Boeing”in mütəxəssisləri faciələrin təkrarlanmaması üçün hazırda yeni proqram təminatını tamamlamaq üzrədir.