• DÜNYA

    05:06 9 may 2019

Boksçu Vladimir Kliçko siyasi fəaliyyətə başlaya bilər

Boks üzrə sabiq dünya çempionu, ukraynalı Vladimir Kliçko siyasi fəaliyyətə başlamaq niyyətindədir.

ONA “Ukrainskaya Pravda” qəzetinə istinadən xəbər verir ki, idmançı “Zərbə” partiyasının rəhbəri kimi parlament seçkilərində də iştirak edə bilər.

Məlumata görə, Vladimirin qardaşı, Kiyevin meri Vitali Kliçko hazırda bununla bağlı tərəddüd edir və çox güman ki, ictimaiyyətin bütün şübhələrinə iyun ayında son qoyacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR