Boliviyada bir sıra rəhbər şəxslərin istefa verməsindən sonra da paytaxt La-Pasda iğtişaşlar, yanğınlar və məmurların evlərin hücumlar davam etməkdədir.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Razon” nəşri məlumat yayıb.
Məlumata görə, küçələrdə artıq 15 avtobus yandırılıb.
Koçabambada sabiq prezident Evo Moralesin evi, həmçinin prezident administrasiyası rəhbərinin evinə ziyan dəyib. La-Pas yaxınlığında yerləşən El-Alto şəhərində müəssisələrdən biri yandırılıb və qarət edilib.