Boliviya Ali Seçki Məhkəməsi mayın 3-nə təyin edilmiş prezident seçkilərini qeyri-müəyyən müddətə təxirə salıb.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Ali Seçki Məhkəməsi seçkilərdə iştirak edən bütün siyasi qüvvələrə və hakimiyyət strukturları ilə geniş dialoq çərçivəsində prezident seçkilərinin yeni tarixini müəyyən edəcək.
Qeyd edək ki, bundan əvvəl yeni tip koronavirus (Covid-19) təhlükəsi ilə əlaqədar Boliviya ərazisində iki həftəlik karantin elan olunub.