Boliviyanın cənubunda qəzada 18 nəfər ölüb, 17 nəfər yaralanıb.
ONA-nın məlumatına görə, bu barədə ‘Pagina Siete” nəşri məlumat yayıb.
Qəza şənbə gecəsi baş verib. Lyalyaqua şəhərindən çıxan yük maşını arxası üstə aşıb. Yük yerində olan sərnişinlərdən 18-i ölüb, 17-i yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
İlkin məlumata görə, qəzaya səbəb sürücünün maşını yüksək sürətlə idarə etməsi olub.