Kolumbiyanın paytaxtı Boqotanın cənubunda polis idarələrinin birində partlayış olub.
ONA-nın “El Tiempo” nəşrinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində ən azı 11 nəfər yaralanıb.
Yaralananlar arasında 2 uşaq da var.
Partlayış zamanı 60-dan çox evin pəncərələrinin şüşələri də sınıb.
Kolumbiya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib və hücumda iştirak edənlərin yerini bildirənlərə 80 min dollar mükafat vəd edib.