• DÜNYA

    04:13 25 iyul 2019

Boris Conson Britaniyanın Baş naziri vəzifəsinə başladı


Kraliça II Yelizaveta Mühafizəkarlar Partiyasının yeni lideri Boris Consonu Bukinqham Sarayında qəbul edib.
APA BBC-yə istinadla xəbər verir ki, ənənə əsasında, Kraliça ona Baş nazir olmağı və yeni hökumət formalaşdırmağı təklif edib.
Boris Conson Britaniyanın Aİ-dən hətta təsdiqlənmiş razılaşma olmadan belə, oktyabrın 31-də çıxmasında israrlı olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl Tereza Meyin əldə etdiyi razılaşma parlament üzvlərinin böyük əksəriyyəti tərəfindən üç dəfə rədd edilmişdi.
Conson qələbə çıxışında Britaniyanın Avropa İttifaqından ayrılmasını - Breksit prosesini həyata keçirəcəyinə, ölkəni birləşdirəcəyinə və müxalifət lideri Ceremi Korbni "məğlub edəcəyinə" söz verib.
Mey isə öz növbəsində cənab Consonu təbrik edib və ona "tam dəstək" vəd edib.
Xatırladaq ki, keçmiş London meri və İngiltərə Xarici İşlər Nazirliyinin sabiq başçısı Boris Conson partiyasının rəhbəri vəzifəsində Tereza Meyi əvəzləyib. Partiyadaxili son səsvermədə Boris rəqibi Xarici İşlər naziri Ceremi Hanta qalib gəlib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR