Böyük Britaniyanın keçmiş XİN rəhbəri Boris Conson bildirib ki, baş nazir Tereza Mey vəzifəsini tərk edəndən sonra Mühafizəkarlar partiyasının rəhbəri postu uğrunda o da mübarizəyə qoşulacaq.
ONA xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Meyin istefası haqqında qərar onun “Brexit”lə bağlı təqdim etdiyi qanun layihəsinin gələn ayın əvvəlində Nümayəndələr palatasında səsverməyə çıxarılmasından sonra qəbul ediləcək.
Bundan əvvəl bildirilib ki, partiya yoldaşları vəzifəsindən gedəcəyi günün dəqiq tarixin tələbi ilə bağlı Tereza Meyə təzyiq də göstərir.