• DÜNYA

    08:22 19 iyul 2020

Boris Consonun 11 həftəlik oğlunun ilk fotosu yayılıb

Böyük Britaniyanın Baş naziri Boris Consonun 11 həftəlik oğlunun ilk fotosu yayılıb.

APA-nın Böyük Britaniya bürosunun "Sky News"a istinadən verdiyi xəbərə görə, Boris Consonun 11 həftəlik oğlu Vilfred Lorie Nicolas Conson və nişanlısı Keri Simonds ilə birlikdə olan fotosu Baş nazirin Ofisi tərəfindən paylaşılıb.

Keri Simonds oğlu dünyaya gələrkən qayğısına qalan həkimlərlə onlayn danışaraq onlara təşəkkür edib.

Qeyd edək ki, Vilfred Conson aprelin 29-da - Baş nazirin koronavirusa görə müalicə aldığı xəstəxanadan buraxılmasından iki həftə sonra dünyaya gəlib. V.Conson Kerri Simondsun ilk övladıdır. Ancaq Boris Consonun 2018-ci ildə ayrıldığı Marina Vilerlə nikahından Lara (26 yaş), Milo (24 yaş), Cassia (22 yaş) və Teodor (20 yaş) adlı 4 övladı var. Onun nigahdankənar 11 yaşlı Stefani adlı başqa bir qızı da var. Boris Conson və Kerri Simonds "Downing Street"də nikahsız yaşayan ilk cütlükdür.

ONA

Teqlər:

SON XƏBƏRLƏR