• DÜNYA

    11:43 18 aprel 2019

Növbəti G20 sammiti 2020-ci ildə Ər-Riyadda keçiriləcək

G20-nin növbəti sammiti 2020-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək.

ONA “Anadolu agentliyi”nə istinadən xəbər verir ki, tarixdə ilk dəfə G20 sammiti ərəb ölkəsində baş tutacaq.

Sammitin gündəliyinə enerji, ətraf mühit, iqlim, rəqəmsal iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, səhiyyə, təhsil və əmək sahələri də daxil olmaqla maliyyə, iqtisadi və sosial məsələlərin müzakirəsi daxildir.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR