• DÜNYA

    18:55 20 mart 2019

Böyük Britaniya Aİ-dən “Brexit”-i iyunun 30-dək təxirə salmağı xahiş edib

Böyük Britaniya hökuməti Avropa İttifaqına (Aİ) rəsmi müraciət edib.

ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bu gün Böyük Britaniyanın baş naziri Tereza Mey parlamentdə çıxışında bildirib.

T. Mey deyib ki, Avropa İttifaqı Şurasının sədri Donald Tuska məktub yazıb. Məktubda Böyük Britaniyanın Aİ-dən çıxmasının iyunun 30-dək təxirə salınması xahiş olunub. “Brexit” martın 29-da həyata keçməli idi.

Avropa Komissiyasının mətbuat xidmətindən bildirilib ki, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerin T. Meylə telefon danışığı olub və Böyük Britaniyanın baş naziri “Brexit”-in martın 29-dan iyunun 30-a təxirə salmağı xahiş edib.

“Reuters” agentliyi isə Avropa Komissiyasının sənədinə əsasən qeyd edir ki, Aİ Böyük Britaniyanın ittifaqdan çıxması üçün 23 mayı məqbul sayır, əks halda isə prosesin ən azı ilin sonuna qədər təxirə salınmasına tərəfdardır.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR