• DÜNYA

    05:43 18 may 2019

Böyük Britaniya öz vətəndaşlarına İrana səfərlə bağlı xəbərdarlıq edib 

Böyük Britaniya öz vətəndaşlarını, eyni zamanda ikili vətəndaşlığı olan şəxsləri İrana səfər etməməyə çağırıb.

ONA-nın Türkiyə KİV-ə istinadla verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya hökumətinin bəyan etdiyi xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, ölkə vətəndaşlarının İrana səfəri zamanı qarşı tərəfin arzuolunmaz rəftarı ilə üzləşə bilərlər.
Xəbərdarlıqda həmçinin onların belə bir riskə getməmələri tövsiyə olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR