• DÜNYA

    16:10 4 aprel 2019

Böyük Britaniya vətəndaşları “Brexit”dən sonra Avropaya vizasız səyahət edə biləcək

Avropa Parlamenti “Brexit”dən sonra Böyük Britaniya vətəndaşları üçün Avropaya vizasız səyahət etmək hüququ verən qanun qəbul edib.

ONA xəbər verir ki, bu barədə “Euronews” məlumat verib.

Bildirilir ki, britaniyalılar 90 gün müddətində vizasız Avropa İttifaqında qala biləcəklər. Məlumata görə, vizasız rejim yalnız Böyük Britaniya Aİ vətəndaşlarına oxşar hüququ verəcəyi təqdirdə tətbiq ediləcək.

Qanunun leyhinə 502, əleyhinə 81 səs verilib, 29 nəfər bitərəf qalıb. Növbəti mərhələdə qanun Aİ Şurası tərəfindən təsdiqlənməli və aprelin 12-nə kimi Avropa İttifaqının rəsmi jurnalında dərc olunmalıdır.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR